Erməni diasporundan İrəvana

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistan rəhbərliyinin davranışı, prezident Serj Sarqsyanın bəyanatları xalqa, millətə və gələcəyimizə xəyanətdir. Sarkisyan mümkün qədər tez şəkildə hakimiyyətdən kənarlaşdırılmalıdır. Yoxsa Dağlıq Qarabağı itirə bilərik".

ABŞ-dakı erməni diasporunun nüfuzlu təşkilatları arasında yer alan "Los-Anceles Geosiyasi Klubu" (Los Angeles Geopolitical Club, LAGC) və "Hajduk" ictimai təşkilatının birgə bəyanatında belə deyilir.

Bəyanatda vurğulanır ki, Ermənistan parlamentinin vitse-spikeri Ermine Nağdalyanın "hazırda əlimizdə olan Azərbaycan əraziləri bizim deyil" açıqlaması əslində Serj Sarqsyan iqtidarının Dağlıq Qarabağ münaqişəsində hazırda düçar olduğu durumu əks etdirir.

"Hazırda qarabağlı ermənilərin təhlükəsizliyini təmin edən vasitələrdən biri, bufer zonası rolunu oynayan həmin ərazilərin qaytarılması, xüsusilə də "ermənilərin olmaması" ilə bağlı bəyanatı Ermənistan rəhbərliyi sanki eşitmədi. Əslində, Ermənistan rəhbərliyinin bu "qəfil karlığı" anlaşılandır və təəccüblü deyil. Dağlıq Qarabağdakı "dördgünlük müharibə" Sarkisyan komandasının məğlubiyyətidir. Azərbaycan həmin əməliyyatlarda qalib gəldi - Sarqsyan bunu nə qədər dansa da, təkzib etsə də, belədir. 

Azərbaycan diplomatiyasının aktivliyini dəfələrlə artırdığı, fəaliyyət dairəsini genişləndirdiyi və Ermənistanın xarici siyasət sahəsindəki zəif cəhdlərini üstələdiyi bir zamanda Sarqsyan və onun dəstəsi susurlar. Görünən budur ki, Ermənistan prezidenti Serj Sarqyan real sahibinə, Rusiyaya qarşı çıxmaq istəmir, Moskvanın siyasətinə zidd ən kiçik addım atmaqdan çəkinir. Serj Sarqsyan rejimi ermənilərin təhlükəsizliyini, Ermənistanın müdafiəsini, qarabağlı ermənilərin dinc yaşamını təmin etmək əvəzinə xalqın haqlı qəzəbini boğur, küçələrə çıxan insanların aksiyalarını polis dəstələri vasitəsilə dağıdır. 

Həmin polislərin yeri Dağlıq Qarabağdır. Müharibə hələ başa çatmayıb. Azərbaycan var gücü ilə savaşa hazırlaşır. Qarşıda bizi çox ciddi sınaqlar, ağır zamanlar gözləyir. Mövcud vəziyyətdə Ermənistan rəhbərliyinin mövqeyi erməni xalqına, ermənilərin maraqlarına xəyanətdir. Serj Sarqsyanı və onun cinayətkar dəstəsini mümkün qədər tez hakimiyyətdən kənarlaşdırmaq gərəkdir".

LAGC və "Hajduk"un bəyanatı faktiki olaraq ABŞ-dakı erməni daisporunun rəsmi İrəvana, Serj Sarqsyan iqtidarına savaş elanı da sayıla bilər.

Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasına yönəlmiş prosesdə Ermənistanın zərrə qədər güzəşt etməsini və kompromis variantlara razılaşmasını "xəyanət" sayan erməni diasporu həmişə olduğu kimi, bu dəfə də Ermənistanı savaşa sürükləməklə öz maraqlarının təminatına can atır.
"Qarabağlı ermənilərin təhlükəsizliyi" və ya "Ermənistanın maraqları"ndan danışan erməni diaspor təşkilatlarını əslində nə qarabağlı ermənilər, nə də Ermənistanın mənafeyi maraqlandırır.

Həmin diasporun yeganə məqsədi ermənilərə təsir imkanlarının azalmasına yol verməməkdir.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.