İranda erməni həyasızlığı

Day.Az представляет новость на азербайджанском языке

Ötən həftə Qarabağda baş verən son olaylar İrandakı erməniləri ciddi təşvişə salıb. Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın Qarabağ məsələsi ilə bağlı həmrəylik nümayiş etdirməsi erməni deputatları və tərəfdarları arasında böyük narahatlıq doğurub.

Beləliklə, İranın erməni və onların tərəfdarları olan asori, zərdüşt, kəlimi topluluqlarının məclisdəki təmsilçiləri güneyli soydaşlarımızın Qarabağın işğalına qarşı həmrəylik nümayiş etdirməsi ilə bağlı İranın Daxili İşlər Nazirliyinə şikayət ünvanlayıblar.

Day.Az musavat.com-a istinadən bildirir ki, bu barədə İranda populyar olan Teleqram sosial şəbəkəsində məlumat yayılıb.

Açıq məktub şəklində ünvanlanan şikayətdə bildirilir: "Daxili işlər naziri, cənab Rəhmani-Fəzli, salam. Sayqılarımızla birlikdə elan edirik ki, keçən həftə baş verən Qarabağ münaqişəsini bəhanə edərək Təbrizdə, Urmiyada, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin bəzi şəhərlərində bəzi hərəkətlər (axınlar) ermənilərə qarşı təhrikçi işlərə əl atıblar ki, bu məsələ də erməni topluluğunu nigaran edib. Görünəni odur ki, bu qruplar islami birlik adı altında separatçılıq edirlər. Biz bu hərəkətlərə qarşı etiraz edir və sizdən bu vəziyyətin qarşısının alınmasını istəyirik".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.