Nazirlik sürücülük vəsiqələrini dəyişir

Day.Az представляет новость на азербайджанском языке

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi texnikaların ixtisaslı kadrlar tərəfindən idarə olunması, sürücülük kurslarını bitirmiş vətəndaşlardan imtahanların test üsulu ilə qəbulu, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsi ilə əlaqədar müraciətlərin elektron qaydada qəbulunu təmin edib.

Day.Az bildirir ki, bu bararədə virtualaz.org -a nazirlikdən məlumat veriblər.

Xəbərdə deyilir ki, Bərdə, Ağsu, Qazax, Şəki, Şirvan, Masallı, Qəbələ və Quba daxil olmaqla 8 bölgədə səyyar xidmət qurupu yaradılıb.

Artıq 17 rayondan 170 nəfər vətəndaşın sürücülük vəsiqələri dəyişdirilib. Kənd təsərrüfatı sahəsində çalışan mexanizatorlara kömək məqsədi ilə digər bölgələrində də səyyar xidmətlər keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.