İlhamənin oğlu Əli Mirəliyevi məhkəməyə verir?

Day.Az представляет новость на азербайджанском языке

Müğənni Əli Mirəliyevin mərhum xalq artisti İlhamə Quliyevanın ölümündə günahlandırdığı oğlu Orxan Nadirovla bağlı məsələ hüquq müstəvisində həll oluna bilər.

Day.Az bildirir ki, bunu aznews.az-a açıqlamasında İ.Quliyevanın vəkili Habil Vəliyev deyib. Vəkil, hələ ki, bu məsələ ilə bağlı qəti qərar verilmədiyini bildirib: "Lazım gələrsə, nəinki Əli Mirəliyevi, hətta başqalarını da məhkəməyə verməyə hazırlaşırıq. Hamı-hamını tanıyır, bilir ki, kim hansı addımı ata bilər".

H.Vəliyev qeyd edib ki, Əli Mirəliyev kimilər nəyəsə nail olmaq üçün kimlərisə ləkələmək, şərləmək, yaxud da haqqında hansısa fikir formalaşdırmaq yolunu seçir: "Bu, yalnış yoldur. Orxan Nadirov İlhamə Quliyevanın oğludur. Bunu İlhamə Quliyevanın vida mərasimi ilə bağlı təşkil olunan tədbir də təsdiq edir. Bütün dövlət orqanları səhnədə Orxan Nadirovu İlhamə Quliyevanın oğlu kimi tədqim etdi. Dövlət adından Orxan Nadirova başsağlığı verildi. Bundan artıq nə sübut olsun ki?"

Xatırladaq ki, müğənni Əli Mirəliyev mətbuata müsahibəsində İ.Quliyevanı öldürən şəxsin oğlu Orxan Nadirov olduğunu deyib.

"Nə Orxan, nə də ki onun ailəsi yaxın on beş ildə İlhamənin çevrəsində olmayıblar. Sadəcə olaraq, bir-iki dəfə şou xatirinə İlhamə çıxıb dedi ki, Orxan mənim oğlumdur. Sonra da Orxan bir-iki səhv etdi, İlhamə xanımı şantaj etdi, dedi ki, məndə sənin səsyazman var. Şantaj edirdi İlhamə xanımı, əvəzində pul alırdı. İlhaməni öldürən Orxandır, bilirsiniz. Onun ölümünə səbəb olan şəxs Orxan Əhmədağa oğlu Nadirovdur. Onun gördüyü işlərin sayəsində... Çox işlər görüb Orxan. Ona pul atıb, bundan pul alıb. Bilirsiniz, çox şeylər var. Məhkəmədə hamısı üzə çıxacaq", - deyə Ə.Mirəliyev bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.