“Apple” Çində “iPhone” markasından eksklüziv istifadə hüququndan məhrum oldu

Day.Az представляет новость на азербайджанском языке

"Apple" korporasiyası "iPhone" ticarət markasının Çində istifadəsinə dair eksklüziv hüququndan məhrum olub.

lent.az-ın "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, Pekin məhkəməsi bu məsələdə yerli aksessuar istehsalçısı "Xintong Tiandi Technology" şirkətinin tərəfini tutub. Çin firması "iPhone" brendini özünün "Apple"ın assortimenti ilə üst-üstə düşməyən məhsullarında istifadə etmək hüququ əldə etmək üçün məhkəməyə müraciət etmişdi. Söhbət əsasən əvvəl dəri pulqabılar, portmone, kiçik çantalar kimi məhsullardan gedir.

Məhkəmə "Xintong"un arqumentləri ilə razılaşıb. "Apple" mobil qurğular seqmentində öz ticarət markasından eksklüziv istifadə hüququnu saxlayacaq, lakin bu hüququnu iştirakçı olmadığı digər bazar sahələrinə şamil edə bilməyəcək.

"Apple" məhkəmənin qərarını şərh etməyib. Şirkətin Çin Ali Məhkəməsinə şikayət verməsi gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.