Gürcü rejissor: "Ermənistan Azərbaycan torpaqlarını qaytarmağa məcbur olacaq"

Day.Az представляет новость на азербайджанском языке

Dağlıq Qarabağ müharibəsi  30 ilə yaxındır davam edir. Tərəflərdən biri sülh istəyir, digəri isə bunu, hətta danışıqları qəbul etmir.

APA-nın məlumatına görə, bunu Gürcüstanda fəaliyyət göstərən ART TV-nin direktoru, ssenarist-rejissor, professorTengiz Txilava bildirib.

Gürcü rejissor ermənilərin hər sahədə uduzduğunu bildirib: "Şübhəm yoxdur ki, sadə ermənilər bu müharibəni istəmirlər. 1988-ci ildən başlayan müharibənin törətdiyi fəsadlara baxanda, Ermənistan heç nə qazanmayıb, əksinə uduzub. Çünki bu ölkə Cənubi Qafqazdan keçən ən böyük layihələrdən kənarda qalıb. İqtisadi cəhətdən inkişaf edən Azərbaycan isə Qərb dövlətləri ilə müxtəlif beynəlxalq layihələrlə bağlı sazişlər imzalayıb".

T. Txilava keçən ayın ilk günlərində cəbhədə atəşkəsin məhz Ermənistan tərəfindən pozulduğunu bildirib: "Ermənilər qəbul etməlidirlər ki, Azərbaycan dövləti və onun ordusu 25 il əvvəlki ordu deyil. Azərbaycan getdikcə güclənir, beynəlxalq arenada güclü oyunçuya çevrilib".

Gürcü rejissor qeyd edib ki, Ermənistan silahlı qüvvələri işğal olunan Azərbaycan ərazilərində çıxmalı, bu torpaqlar əsl sahibinə qaytarılmalıdır: "Onsuz da Ermənistan Azərbaycan torpaqlarını geri qaytarmağa məcbur olacaq. Ermənilərin bir dövləti var, o da Ermənistandır. Onlar Qarabağda dövlət yarada bilməzlər"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.