Heydər Əliyev Mərkəzində konsert verəcək "Səyyah kvartet" İçərişəhərdə - FOTO - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Məşhur akkordeon ustası Paskal Konte və Fransadan olan "Səyyah kvartet"in üzvləri artıq Bakıdadırlar.
Trend-in məlumatına görə, onlar bu gün İçərişəhəri gəzib, müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri, o cümlədən Şirvanşahlar Saray Kompleksi ilə tanış olublar. Musiqiçilər Azərbaycan mətbəxinin ləziz neməti olan təndir çörəyinin dadına baxıblar.
Mayın 5-də fransalı musiqiçilər Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər. Məşhur tanqo ritmləri modern üslub və aranjimanda təqdim olunacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре