Cəbhəboyu rayonlarda top, tank və minaatan mərmiləri tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Mayın 4-də cəbhəboyu rayonlarda 10 ədəd top, tank və minaatan mərmisi, həmçinin mina tapılıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə daxil olan Tərtər, Ağdam və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabatda deyilir.

Tərtər rayonu

Qarağacı kəndi - 3 ev və həyətyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, 6600 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Hacıqərvənd kəndi - 1 ev və həyətyanı sahə və 1 kənd orta məktəbinin həyətyanı sahəsində 2 partlayış yerinə baxış keçirilib, 5400 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Qaynaq kəndi - 1 ev və həyətyanı sahə, 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilərək götürülüb və 1000 kv.m ərazi təmizlənib (DİN-in "102" Xidməti - Zəng mərkəzinin məlumatı)

Tərtər şəhəri - Nizami küçəsində yerləşən ev 49A, mənzil 44 ünvanında yerləşən binanın zirzəmisində 2 ədəd piyada əleyhinə POMZ-2 minası aşkar edilərək götürülüb, 1000 kv.m ərazi yoxlanılıb.

Cəmi: 6 ev və həyətyanı sahə, 1 kənd orta məktəbinin həyətyanı sahəsi yoxlanıb, 6 partlayış yeri aşkar edilib. 1 ədəd 122 mm-lik partlamamış top mərmisi və 2 ədəd piyada əleyhinə POMZ-2 minası aşkar edilərək götürülüb, 14 000 kv.m ərazi təmizlənib.

Füzuli rayonu

Alıxanlı kəndi - 4 əkin sahədə 8 partlayış yerinə baxış keçirilib, 4 ədəd 125 mm-lik tank mərmisi və 1 ədəd 120 mm-lik minaatan mərmisi aşkar edilərək götürülüb və 430 kv.m ərazi təmizlənib.

Ağdam rayonu

Əfətli kəndi - 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, 4000 kv.m ərazi təmizlənib və Qarqar çayı ilə axıb gəlmiş 1 ədəd piyada əleyhinə mina PMN-E mina aşkar edilərək götürülüb.

Çəmənli kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb, 1000 kv.m ərazi təmizlənib.

Cəmi: 3 ev və həyətyanı sahə, 3 partlayış yeri aşkar edilib, 5000 kv.m ərazi təmizlənib, 1 ədəd piyada əleyhinə mina PMN-E mina və 1 ədəd 152 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Ümumilikdə ANAMA tərəfindən 7 aprel - 4 may 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında və Bakı şəhərində 419 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 413 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina, 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.