İki maşın toqquşub, xəsarət alanlar var

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün axşam saatlarında Xaçmaz şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz -Quba yolunun 1 -ci km -də qeydə alınıb. 

90 NO 084 dövlət nömrə nişanlı "Volksvagen" markalı avtomaşınla 10 VZ 337 dövlət nömrə qeydiyyatlı "Vaz 21015 " markalı avtomaşın toqquşub. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.