Pişik Tom da İŞİD-çi çıxdı

Day.Az представляет новость на азербайджанском языке

"Məşhur "Tom and Jerry" multiplikasiya filmi azyaşlılara zorakılıq, qəddarlıq öyrədlir və ən pisi də budur ki, pişik Tomla siçan Cerri ekstremizm ideyalarını yayır, İŞİD-i dəstəkləyir".

Misirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Salah Əbdel Sadiq dünən Qahirə Universitetində çıxış edərkən bildirib ki, Tom və Cerrinin macəralarından bəhs edən multfilmlər seriyası təki animasiya əsərləri ərəb ölkələrində qəddarlığın artmasına, uşaqlar arasında aqressiyanın yayılmasına dəstək verir.

"Belə multfilmlərlə yanaşı, qəddarlıq təbliğ edən videooyunlar və filmlər də yolverilməzdir. Məsələn, Tom və Cerri barədə multfimlərdə pişik siçanı partladır, başını kəsmək istəyir, siçan da pişiyi şaqqalamaq fikrinə düşür. Bu, gülməli formada çatdırıldığından uşaqlar gülürlər, sevinirlər, amma onlarda edam, ölüm və qətllə bağlı çox pis təsəvvürlər yaranır", - Salah Əbdel Sadiq söyləyib.

Uilyam Hanna və Cozef Barberanın əsəri olan bu mulftmilər seriyasını "Metro-Goldwyn-Mayer" studiyası çəkib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.