"Döyüş əməliyyatları hər an başlaya bilər"

Day.Az представляет новость на азербайджанском языке

Təmas xəttində vəziyyət gərgindir, döyüş əməliyyatları hər an başlaya bilər.

Day.Az azvision.az-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında Ermənistanın müdafiə naziri Seyran Ohanyan deyib.  

"Biz müvafiq təhlillər aparırıq. Azərbaycanın gücü və mümkün hərəkətlərindən nəticə çıxarırıq", - deyə Ohanyan bildirib.

S.Ohanyan Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı qeyd edib ki, hərbi-texniki əməkdaşlığın sürətlənməsi üzrə işlər aparılır.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.