Suriyada 18 İran hərbçisi öldürüldü

Day.Az представляет новость на азербайджанском языке

Suriyada gedən döyüşlərdə İran İslam İnqilabı Keşikçilər Korpusunun 18 hərbçisi öldürülüb.

Day.Az report-a istinadən bildirir ki, bu barədə İranın kütləvi informasiya vasitələri məlumat yayıb.

Xəbərdə bildirilir ki, həlak olanların əksəriyyətini Əfqanıstandan və Pakistandan gəlmələr təşkil edir.
Öldürülənlərdən 13 nəfəri "Fatimiyun" briqadaları sıralarında döyüşənlərdən ibarət olub. Beş döyüşçü isə İran İslam İnqilabı Keşikçilər Korpusunun Əfqanıstanın və Pakistanın seçmə qoşun döyüşçülərindən ibarət "Zeynəbiyyun" briqadasının hərbçiləri imiş.
Öldürülənlərin meyitləri İrana gətirilib və ölkənin müxtəlif əyalətlərində dəfn edilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.