Rza Zərrabın vəkilindən daha bir

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-da həbs olunan cənubi azərbaycanlı iş adamı Rza Zərrabla bağlı xəbər var.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, həyat yoldaşı, müğənni Ebru Gündeş və qızının gözü qabağında polislər tərəfindən saxlanılan Rza üçün təzminat ödənilməsi gecikib.

Nyu-Yorkun Manhetten səmtindəki Metropolitan həbsxanasında olan Zərrabın vəkili Benjamin Brafman aprelin 27-də baş tutan məhkəmədə müvəkkilinin təzminat qarşılığında azadlığa çıxması üçün 10 gün ərzində məhkəməyə müraciət edəcəklərini demişdi. Lakin hələ də bu müraciətin edilmədiyi öyrənilib. 

Vəkil geciksələr də, qarşıdakı həftələrdə belə bir tələblə məhkəməyə gedəcəklərini bildirib.

Qeyd edək ki, ilk məhkəmədə Rza Zərrab vəkili Brafman vasitəsilə ona qarşı olan ittihamları qəbul etməmiş və günahsız olduğunu demişdi. Növbəti məhkəmə isə iyunun 16-da baş tutacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.