Navas rekorda ortaq oldu, finalı gözləyir

Day.Az представляет новость на азербайджанском языке

"Real"ın qapıçısı Keylor Navas Çempionlar Liqasında bir rekorda ortaq olub.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, kosta-rikalı "çərçivə qoruyucusu" "Mançester Siti" ilə yarımfinal cavab qarşılaşmasında (1:0) rəqibin sevinməsinə imkan verməyərək bu mövsüm 9 oyunda qapısında qol görməyib.

O, belə nəticəyə imza atan ikinci futbolçu olub. Daha əvvəl isə "Valensiya"nın keçmiş qapıçısı Santyaqo Kanizares bu nəticənin tək sahibi idi.
 
Əgər "Real" final matçında da qol buraxmasa, Navas rekordu yeniləyəcək.
 
Qeyd edək ki, 29 yaşlı qapıçı komandası ilə birlikdə Çempionlar Liqasında cəmi 12 oyuna çıxıb və 11 matçda məyus olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.