Çobanı ildırım vurdu

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Van şəhərinin Çatak əyalətində qoyun otaran şəxsi ildırım vurub.

Day.Az atv.az-a istinadən bildirir ki, 7 uşaq atası İsa Susan dağlıq ərazidə qoyun otaran zaman onu ildırım vurub. Ağır xəsarətlər alan Susan xəstəxanaya yerləşdirilib.

Həkimlər onun sağlıq durumunun normal olduğunu açıqlayıblar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.