Sürücülərə

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtın biz sıra küçə və prospektlərində tıxac var.

Bakı Nəqliyyat Agentliyi (BNA) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a bildiriblər ki, bu gün səhər saatlarından etibarən paytaxtın Mətbuat, Ziya Bünyadov və Azadlıq prospektlərində, Bakı-Sumqayıt şossesində, Səməd Vurğun, Akademik Həsən Əliyev, Koroğlu Rəhimov, Ənvər Qasımzadə, Nəsibbəy Yusifbəyli və Əbdülrəhimbəy Haqverdiyev küçələrində fasilələrlə nəqliyyatın sıxlığı müşahidə olunur.

Bunu nəzərə alaraq deyilən istiqamətlərdə hərəkətdə olan sürücülərə alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, Ziya Bünyadov və Azadlıq prospektləri, eləcə də Koroğlu Rəhimov küçəsi həftə ərzində tıxacın ən çox müşahidə edildiyi yollardandır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.