"Semaşko"nun baş həkimi niyə işdən çıxdı?

Day.Az представляет новость на азербайджанском языке

"Səhhətimlə əlaqədar olaraq baş həkimlikdən istefa verdim".

Day.Az bildirir ki, bu sözləri modern.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Sabit Hüseynzadə deyib.

O qeyd edib ki, öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazıb. "İşimdə heç bir problem olmayıb. Ümumiyyətlə, işlədiyim bir il müəddətində məndən narazılıq, mənə qarşı irad olmayıb. Sadəcə səhhətimlə əlaqədar və rahat həkim fəaliyyətimə davam etmək üçün işdən ərizə yazdım".

S.Hüseynzadə bundan sonra 1 saylı Klinik Tibbi mərkəzdə həkim olaraq fəaliyyətinə davam edəcəyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova modern.az-a açıqlamasında bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Sabit Hüseynzadə öz xahişi ilə işdən çıxmaqla bağlı ərizə yazıb.

"Tibbi Mərkəzin baş həkimi vəzifəsi müvəqqəti olaraq II cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşova tapşırılıb. Savadlı həkimdir, elmlər doktorudur".

Qeyd edək ki, S.Hüseynzadə baş həkim vəzifəsinə ötən ilin sentyabr ayında təyin olunmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.