Maşınla elektrik dirəyini aşırdı, yaralandı

Day.Az представляет новость на азербайджанском языке

----------
11:56

Day.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, İmişlidə bir nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 25 yaşlı İmişli sakini Elçin Razi oğlu Cəfərov "VAZ-21011" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Yoldan çıxan avtomobil elektrik dirəyinə dəyərək onu aşırıb. Daha sonra isə ağaca çırpılıb. Qəza zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

----------
16:53

Videonu izləmək üçün şəklə klikləyin:
Maşınla elektrik dirəyini aşırdı, yaralandı