Azərbaycanda Mədəniyyət evinin direktoru işdən çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

Mədəniyyət evinin direktoru işdən azad edildi.

Day.Az-ın məlumatına görə, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Abbasova Zivər Aydın qızı tutduğu vəzifədən azad edilib.

İdarənin digər əmrini rəhbər tutaraq vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin müdiri - baş mühasibi Adımov Mehman Nəriman oğluna töhmət verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.