Ermənistanda iki əsgər döyülərək öldürüldü

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda yerləşən hərbi hissələrdən birində iki erməni əsgərinin meyiti tapılıb.

Day.Az azvision.az-a istinadən bildirir ki, ilkin müayinə zamanı onların bədənində çoxsaylı sınıqların olduğu məlum olub. Əsgərlərin döyülərək öldürüldüyü ehtimal edilir.

Ölən əsgərlərin şəxsiyyəti müəyyələşdirilib. Onlar əsgər İqor Akopyan və Koryun Arutyunyandır. 

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.