Erməni siyasətçi etiraf etdi:

Day.Az представляет новость на азербайджанском языке

"Ermənistan hökuməti Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsini təsdiqlədi və parlamentə yolladı. Sanki hamı eyforiyaya qapılıb, bundan sonra hər şeyin yaxşı olacağını düşünür. Mənsə belə saymıram. Əksinə, onlar hər şeyi daha da pisləşdirdilər. Özümüzü tələyə saldıq".

Ermənistanın tanınmış siyasətçilərindən biri Suren Zolyanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasında yaranmış gərginlikdən öz məqsədləri üçün istifadə etməkdə olan prezident Serj Sarkisyan faktiki olaraq hakimiyyətini möhkəmlətməklə məşğuldur.

Onun "hakimiyyətlə müxalifət Dağlıq Qarabağ məsələsi ətrafında birləşməlidir" çağırışını ikiüzlülük və hiyləgərlik hesab edən S.Zolyanın fikrincə, belə birləşmə yalnız nəzəri cəhətdən mümkündür.

"Hakimiyyətdə hələ də Dağlıq Qarabağla bağlı dəqiq formalaşmış yanaşma yoxdur. Olan yalnız boşboğazlıq, gəvəzəlikdir. Ölkə parlamenti Dağlıq Qarabağın rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin müzakirəsinə hazırlaşır, ölkədə iqtidarda olan Ermənistan Respublika Partiyası isə bu barədə heç bir rəsmi açıqlama ilə çıxış etməyib. Mənə belə gəlir ki, Serj Sarkisyan məsuliyyətdən yaxa qurtarmağa çalışır",  - S.Zolyan söyləyib.
Onun fikrincə, Ermənistan iqtidarı yenə bütün problemləri xalqın hesabına həll etməyə çalışır: "Dağlıq Qarabağdakı "dördgünlük müharibə" zamanı çox ciddi əhəmiyyətə malik mövqeləri itirdik. Hakimiyyət bunu etiraf etmir. Xarici siyasətdə isə itkilərin kompensasiyası ilə bağlı heç bir addım atmır. Bizdən fərqli olaraq Azərbaycan bundan sonrakı gərginliyə olduqca yaxşı hazırlaşıb və onlar mövqelərini səbatlı şəkildə əsaslandırırlar. İstənilən formada beynəlxalq təzyiq olarsa, Bakı haqlı olduğunu sənədlərlə sübut edəcək. Bu isə Ermənistan üçün təhlükəni daha da artırır".

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.