Lombardların gələcək fəaliyyətinə aydınlıq gətirildi

Day.Az представляет новость на азербайджанском языке

Gələcəkdə Azərbaycanda fəaliyyət göstərən lombardlar Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarətinə alınacaq.

Day.Az APA-ya istinadən bildirir ki, hazırda Palata bununla bağlı müşahidələr və bazar təhlilini aparır.
 
Palatadan bildirilib ki, lombardların arasında yaxşı fəaliyyət göstərən, peşəkar olanlar da var: "Hətta onların bir neçəsi lombard biznesini qurmadan öncə Rusiyadan mütəxəssislər dəvət edib, Rusiyanın təcrübəsindən istifadə edənlər var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.