"Əks hücumla düşməni məhv etdik"

Day.Az представляет новость на азербайджанском языке

Əgər əmr gəlsə, torpağlarımızı işğaldan azad etməyə hazırıq.

Day.Az bildirir ki, bunu report-a cəbhə xəttində döyüşən Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Zülfü Rzayev deyib.

Aprel ayının əvvəlində cəbhə xəttində ermənilərin təxribatlarının qarşısını alınmasında şücaətlə iştirak edən və "İgidliyə görə" medalı ilə təltif olunan Z.Rzayev vurğulayıb ki, Azərbaycan ordusu ermənilərin qəfil hücümunun qarşısını almaqla düşmənə sarsıdıcı zərbələr endirib: "Əks hücumla düşmənin həm texnikasını, həm də canlı qüvvəsini məhv etdik. Aprelin əvvəlində cəbhədəki döyüşlərdə iştirak edən hərbçilərin hamısı qəhrəmandır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.