Şəkili usta avtomobil üzərində analoqu olmayan yenilik edib

Day.Az представляет новость на азербайджанском языке.

Şəki sakini Eldəniz Abdullayev etdiyi ixitira ilə ilkə imza atıb. Onun bu ixtirası sayəsində əlil şəxslər rahatlıqla avtomobil idarə edə biləcəklər. Belə ki, Eldəniz Abdullayev avtomobilin ayaq üçün nəzərdə tutulan bütün mexanizmlərini əllə idarə etmə üçün uyğunlaşdırıb. Üstəlik, usta buna qısa müddət ərzində nail ola bilib.

Milli.Az "Kanal S"ə (Region TV) istinadən xəbər verir ki, ustanın sözlərinə görə, əvvəllərdə bəzi avtomobillərdə buna bənzər mexanizmlər olub. Lakin bu, xüsusi zavodlar tərəfindən xarici ölkə istehsalı olan avtomobillərdə mümkün olub və ya ancaq bir pedal əllə idarə üçün uyğunlaşdırılıb. Haqqında söhbət gedən və Azərbaycan istehsalı əlil və veteranlar üçün nəzərdə tutulan avtomobilləri üçün isə bu qurğu ilkdi.

Sürət əyləc və ayrıcı qutularının bir mexanizmdə əldə birləşməsi ayaq pedallarından istifadəyədə heç bir çətinlik yaratmır. Yəni avtomobili əlilliyi olan və ya normal şəxslər rahatlıqla idarə edə bilər. Elə avtomobil sahibi də ustanın bu icadından yetərincə məmnundu. Birinci qrup Qarabağ müharibəsi veteranı olduğu üçün dövlət tərəfindən ona verilən avtomobili bir müddət qapısında saxlamalı olub.

Eldəniz ustanın sözlərinə görə, artıq ölkənin müxtəlif yerlərindən ona sifarişlər gəlib. Kiçik emalatxana şəraitində isə işin çətinliyi çoxdur. Usta deyir ki, gələcəkdə avtomobil istehsalçıları tərəfindən ona hər hansı bir təklif gələrsə, bu ixtiranı daha da təkmilləşdirə bilər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.