Evin birinci mərtəbəsindəki maşın yandı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Lənkəran rayonu, Şiləvar kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus, ümumi sahəsi 145 kv.m olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Day.Az FHN-in saytına istinadən bildirir ki, ev yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.