Azərbaycanın görkəmli professoru dünyasını dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın əməkdar müəllimi vəfat edib.

Day.Az report-a istinadən bildirir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük və şərabçılıq kafedrasının müdiri, professor Famil Şərifov 79 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Şərifov 1937-ci il ildə anadan olub. 1960-cı ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirdikdən sonra Ukraynanın Xerson vilayətində aqronom işləyib. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında assistent, dosent və kafedra müdiri vəzifələrində çalışıb.
O, XX əsrin 80-ci illərində Azərbaycanda ilk dəfə olaraq üzümün kombaynla yığımı üçün aqrofon yaradıb və Rusiya mütəxəssisləri ilə birlikdə üzümün kombaynla yığımını təşkil edib. Azərbaycanda ilk özəl üzümçülük məktəbinin yaradıcısı və rəhbəri olub. "Nail" üzüm sortunun müəllifidir.
Professor F.H.Şərifovun 150-yə qədər əsəri var və Respublikanın bir çox üzümçülük təsərrüfatlarının məsləhətçisi olub. Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətlərinə görə 2008-ci ildə əməkdar müəllim adına layiq görülüb.
F.Kərimov "Finex" şirkətlər qrupunda həmtəsisçi olaraq Müşahidə Şurasının sədri Mobil Şərifovun atasıdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.