Türkiyə səfiri Qarabağda

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqun erməni silahlı birləşmələrinin son günlər atəşə tutduğu Tərtər rayonuna səfər edərək orada yaşayan dinc sakinlərlə görüşüb.

Day.Az bildirir ki, bu barədə publika.az-a Türkiyə səfirliyindən məlumat verilib. Məlumata görə, Alper Coşkun evləri düşmənin atəşindən zərər çəkmiş ailələrlə bir araya gəlib.
 
O, sakinlərlə söhbətində erməni silahlı birləşmələrinin son vəhşiliklərindən təəssüf hissi keçirdiyini bildirib və şəhid ailələrinə başsağlığı verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.