Qarabağda genişmiqyaslı əməliyyatlar olacaq...

Day.Az представляет новость на азербайджанском языке

Qarabağda məsələ genişmiqyaslı müharbirəyə gedib çatmayacaq, daha tez həll olunacaq.

Milli.Az bildirir ki, bunu "Novosti-Azərbaycan"a açıqlamasında politoloq Arzu Nağıyev danışıqlar prosesi nəticə vermədikdə genişmiqyaslı hərbi əməliyyatların başlanması ehtimalını şərh edərkən bildirib.

"Böyük ehtimalla öz torpaqlarını erməni işğalçılarından və müxtəlif terror qruplarından azad edilməsi və ölkənin suverenliyinin tam təmin edilməsi üçün bütün qüvvə və vasitələrin cəlb edilməsi ilə böyük antiterror əməlyyatı olacaq," - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, bu məsələnin həlli ilə bağlı bir neçə variant var. BMT və ATƏT-in Minsk qrupunun himayəsi altında Madrid, Kazan və digər prinsiplər əsasında aparılan danışıqlar erməni tərəfinin status-kvonu daha çox qoruyub saxlamağa çalışması üzündən, təəssüf ki, heç bir səmərə vermir. Paralel olaraq Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı qondarma rejimi danışıqların subyekti kimi tanıması cəhdləri ilə imitasiya edir:

"Hələlik məsələni sülh yolu ilə həll edə bilmək potensialı var. Lakin bu da heç bir nəticə vermirsə, o zaman işğalçını hərbi güc nümayiş etdirməklə danışıqlar masası arxasında otuzdurmaq lazımdır. Azərbaycanın isə bu gün belə bir imkanı var".

A.Nağıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin rəyini nəzərə alaraq, Azərbaycan münaqişənin hərb yolu ilə həllini istəmir. Bundan əlavə, Azərbaycan tərəfi başa düşür ki, məsələnin hərb yolu ilə həlli təkcə bu iki dövləti yox, bütövlükdə regiona, eyni zamanda yaxın və uzaq qonşulara da təsir edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.