Dövlət Film Fondunda Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş konfrans keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Dövlət Film Fondunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda konfrans keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, konfransı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq bildirb ki, Azərbaycan kinosunun inkişafında, onun formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub.

Cəmil Quliyev bildirib ki, ulu öndər Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Azərbaycan kinosunun inkişafında yeni mərhələ başlayıb. "Nəsimi", "Babək", "Nizami", "Dədə Qorqud" kimi filmlər Heydər Əliyevin dövründə çəkilib. Həmçinin bu dövrdə Azərbaycan kinosunun maddi-texniki bazası gücləndirilib. Kino xadimləri fəxri adlara layiq görülüb, Dövlət Film Fondu yaradılıb.

Bundan əlavə ulu öndərin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycan Kinosu Günü kimi qeyd edilir.

Çıxıçını davam etdirən Cəmil Quliyev Prezident İlham Əliyevin "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 23 fevral tarixli sərəncamı və Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair dövlət proqramının bu sahənin inkişafı üçün geniş imkanlar yaratdığını bildirib.

Daha sonra çıxıç edənlər ulu öndərin vaxtilə gördüyü işləri diqqətə çatdıraraq, Heydər Əliyevin kino sahəsində qoyduğu ənənələrin bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.

Konfransın sonunda xalq artisti Vaqif Mustafayevin ulu öndərin həyat və fəaliyyətinə həsr olunmuş "Ata yolu" filmi nümayiş etdirilib..

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.