Ermənistan kələfin ucunu itirib - Qanunlar dəyişir

Day.Az представляет новость на азербайджанском языке

Ermənistanda 18 yaşına çatmış gənclərin məcburi hərbi xidmətə çağırılması ilə bağlı qanun layihəsi 10 gün sonra parlamentdə müzakirəyə çıxarılacaq.

Day.Az baku.ws-ə istinadən bildirir ki, qanun layihəsini deputatlar 10 gün ərzində hazırlayıb parlamentin gündəliyinə çıxarmağa çalışır.

Ermənistanda ordusunda canlı qüvvə az olduğu üçün hökumət bütün mümkün variantlardan istifadə edir. 

Qanun layihəsinə əsasən, təhsil alan tələbələr də orduya cəlb olunacaqlar. Tələbələr təhsilə görə hərbi möhlət imkanlarından məhrum olacaq.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.