Xoşqədəmin əkizləri dünyaya gəldi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ana olub.

Day.Az qafqazinfo-ya istinadən bildirir ki, cütlüyün əkiz oğlanları "Şişli Kolan İnternetional Hospital" xəstəxanasında dünyaya gəlib.
Bu barədə türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb: "Dostumun iki aslan parçası övladı oldu. Təbriklər! Ən böyük ata - Doğuş ata!".

Qeyd edək ki, Xoşqədəm Hidayətqızı Doğuşla 2014-cü ildə ailə həyatı qurub. Teleaparıcının birinci evliliyindən Zaur adlı oğlu var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.