Qazaxda şəhidlərin təltif olunduğu medallar ailələrinə təqdim edilib

Day.Az представляет новость на азербайджанском языке

Kəpəz TV (Region TV) xəbər verir ki, aprelin 2-dən 5-dək təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən canlarından keçən igid oğulların xatirəsi anılıb.

20 yaşlı əsgər Orxan Əliyev, 26 yaşlı baş leytenant Elvin Namazov və 32 yaşlı kapitan Mühid Orucov.

Bu igidlər vətən uğrunda şəhid olublar. Prezident İlham Əliyevin sərəncamına əsasən, Yuxarı Salahlı kənd sakini Elvin Namazov "Vətən uğrunda", Fərəhli kənd sakini Mühid Orucov "İgidliyə görə", Orxan Əliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunublar. Qazaxda keçirilən anım tədbirində onların keçdiyi qısa, lakin şərəfli ömür yoluna nəzər salınıb.

Şəhidlərin medalları ailələrinə təqdim edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.