Daha iki erməni general qovulacaq

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi zonasında "dördgünlük müharibə"nin nəticələrinin "təhlil"inə davam edir.

Ermənistan Müdafiə Nazirliyində daha iki generalın işdən kənarlaşdırılacağı gözlənilir.
Milli.Az "Johovurd"a istinadən bildirir ki, generalların adları hələlik açıqlanmasa da, onların "dördgünlük müharibə"də Ermənistan ordusunun mövqelərinin itirməsində və geri çəkilməsində suçlandıqları bəllidir. Bundan başqa, hərbi əməliyyatlar zamanı erməni hərbçilərin silah, sursat, yanacaq və texnika ilə bağlı təminatında yaranmış problemlərin vaxtında həll olunmaması da çox ciddi çatışmazlıq sayılıb.

"Çorrord Hişxanutyun"un məlumatına görə, işdən kənarlaşdırılacaq generallar Ermənistan Müdafiə Nazirliyinin material-texniki təminat idarəsinin sabiq rəisi, nazir müavini Alik Mirzabekyan və Rabitə Xidməti İdarəsinin sabiq rəisi, general-mayor Komitas Muradyanın "kreatura"ları, yaxın adamları sayılır.

Orxan Hun
Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.