Sərxoş vəziyyətdə tanışını öldürmək istəyən şəxsə hökm oxundu

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını öldürməyə cəhddə təqsirləndirilən Rəşad Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Day.Az lent.az-a istinadən bildirir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hokmü ilə Rəşad Həsənov 14 il müddətə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Rəşad Həsənov tanışı olan şəxslə kafedə pivə qəbul ediblər. Onlar arasında mübahisə yaranıb. R. Həsənov bizlə tanışını vurub. Yaralı xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. R. Həsənova Cinayət Məcəlləsinin 29.120 (qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.