İŞİD-in "paytaxtı"na hücum

Day.Az представляет новость на азербайджанском языке

Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün hərbi əməliyyatlara başlanılıb.

Day.Az anspress-ə istinadən xəbər verir ki, hücuma Kobani şəhərinin cənubundan başlanılıb.

"Hücuma Kobani şəhərinin cənubundan başlanılıb"
Hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, "Demokratik Suriya Gücləri","Əhrar Rakka" və "Liva Təhrir" briqadaları tərəfindən aparılır.

Əməliyyatlara həmçinin koalisiya qüvvələrinin hərbi havadan dəstək verəcəyi bildirilir. Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.

Kobaninin 50 kilometr cənubunda olan Ayn İsa qəsəbəsindən 3 istiqamətdə başladılan əməliyyata "Demokratik Suriya Gücləri",YPG, "Əhrar Rakka" və "Liva Təhrir" qatıldığı bildirilir.

Bir müddət əvvəl Suriyanın Rojava bölgəsində olan ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin komandanı general Cozef Votel orada əməliyyata qatılacaq olan "Demokratik Suriya Gücləri" səlahiyyətlisi və komandirləri ilə görüşmüşdü. General görüşdə, Rakka əməliyyatına başlanması vəziyyətində əllərindən gələn dəstəyi edəcəyini bildirmişdi. General Cozef Votel Suriyadan sonra Ankaraya gəlmişdi.

İŞİD əsasən İraq və Suriyada döyüşlər aparır. Rəkka şəhərini isə özlərinə paytaxt seçiblər. İŞİD-in əlində olan torpaqlar əsasən neftlə zəngindir. İŞİD-ə qarşı bir neçə dövlət birləşərək koalisiya yaradıblar. Terrorçuların mövqelərini bombardman edirlər. Bu koalisiyaya ABŞ rəhbərlik edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.