Yoğun bağırsaq xərçəngi nədir?

Day.Az представляет новость на азербайджанском языке

Yoğun bağırsaq xərçəngi bir çox xərçəng xəstəlikləri kimi geniş yayılmış xəstəliklərdəndir. Qərbin inkişaf etmiş ölkələrində də Yoğun bağırsaq xərçəngi tez rastgəlinən xəstəlikdir və xərçəng ölümlərinin böyük əksəriyyətini təşkil edir. Bu statistik məlumatlar qorxunc səslənsə də unutmayaq ki, xəstəlik ilk dövrlərdə müalicə olunarsa, xəstəlikdən azad olma şansı böyükdür.

Yoğun bağırsaq xərçənginin əlamətləri

Day.Az saglam.az-a istinadən bildirir ki, xərçəng xəstəliyinin əlamətləri bağırsağın hansı hissəsindən yerləşməsindən və xərçəngin mərhələsindən aslı olaraq müxtəliflik göstərir. Qarın ağrısı, böyük tualet (defekasiya) vərdişlərində dəyişiklik, defekasiyadan sonra tam boşalamama hissi (xüsusi ilə düz bağırsaq xərçəngində), qəbzlik və ya ishal, nəcis üzərində selik və ya qanın olması, anemiya (qan azlığı), bədən çəkisində azalmanı bağırsaq xərçənginin əlamətlərinə misal göstərmək olar. Bu əlamətlərin olması xərçəngin olmasına işarə deyildir. Lakin bu şikəyatlər yaranan zaman mütləq həkimə müraciət etmək lazımdır .

Kimlər risk altındadır?

Ailəsində yoğun bağırsaq xərçəng xəstəliyi olanlar İltihabi bağırsaq xəstəlikləri olanlar Ət və yağlı yeməklərlə çoxlu qidalanan, lifli yeməklərdən az istifadə edənlər Siqaret və spirtli içkilərdən çox istifadə edənlər Radiasiyaya (şüaya) məruz qalanlar və s.

Skrininq

Skrininq proqramları - müəyyən yaş üzərində və ya ailədə genetik riskli fərdlərin müayinələrdən keçməsidir. Bu müayinələr nəticəsində xəstəliyi ilk dövrlərdə təyin etmək və müalicələrində müvəffəqiyyət əldə etmək olar. Yoğun bağırsaq xərçəngində də belə proqramlar mövcuddur. Bunlara nəcisdə gizli qan təhlili, siqmoidskopiya ve kolonoskopiya daxildir. Məsləhət görülən skrininq müayinəsi şikayət olmayan halda 50 yaşından başlanmalıdır. Şikayəti olanlarda və ya ailə fərdlərinin birində yoğun bağırsaq xərçəngi olanlarda isə müayinələr daha geniş və erkən yaşda olmalıdır.

Diaqnoz

Xərçəng hansı orqan və sistemlərdə yerləşməsindən aslı olmayaraq, diaqnoz histoloji olaraq müəyyənləşdirilir. Yoğun bağırsaq xərçəngində də diaqnoz kolonoskopi sırasında şübhəli toxumalardan alınan biyopsi nəticəsində qoyulur.

Müalicə və nəticələri

Yoğun bağırsaq xərçənginin müalicəsi xəstəliyin yerləşməsindən və dövründən aslı olaraq cərrahi, kemoterapiya və şüa terapiyası ilə aparılır. Nəticələr daha çox xəstəliyin hansı mərhələsində aşkar olmasından aslıdır. Əgər xəstəliyə ilk dövrlərdə rast gəlinibsə, 5 illik sağ yaşama 80% üzərindədir.

Hər bir xəstəlikdə olduğu kimi yoğun bağırsaq xərçəngini vaxtında aşkarlayıb, müalicəyə başlanması vacibdir. Vaxtında başlanılan müalicənin həm nəticələri, həm də müalicə xərcləri baxımından effektiv olur. Odur ki, hər hansı bir yuxarıda sadalanan şikayətlərin olması vəziyyətində həkimə müraciət edin!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.