Rihanna Türkiyədə Messi ilə futbol oynayacaq

Day.Az представляет новость на азербайджанском языке

Kamerunlu futbol ulduzu Samuel Etonun yaratdığı "Eto vəqfi"nin 10-cu ili münasibətilə təşkil olunan futbol matçında dünya ulduzları yer alacaq.
 
Day.Az axar.az-a istinadən bildirir ki, oyunda argentinalı ulduz Messi və məşhur müğənni Rihannanın da çıxış edəcəyi gözlənilir.
 
Türkiyənin "Antalyaspor" klubunun prezidenti Gültəkin Gəncər oyunun "Antaliya Arena" stadionunda baş tutacağını bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.