Telekanalın məsul işçisi xəsarət aldı

Day.Az представляет новость на азербайджанском языке

"ANS" Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov ayağını zədələyib.

Day.Az bildirir ki, bu barədə publika.az-a M.Məmmədov özü məlumat verib: "Uç-dörd gündür ki, işə çıxmıram. Yaşlı adamam, yolda qəfildən yıxıldım və ayağımdan zədə aldım. Həkimlər müayinə etdilər, dedilər ki, ayağın zədə nəticəsində əzilib. Yeriyə bilmirəm".
 
M.Məmmədov "ANS"çilərin ona tez-tez zəng edib, hal-əhval tutduqlarını da deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.