Gömrükdə siqaret əməliyyatı

Day.Az представляет новость на азербайджанском языке

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin realizə edilməsi ilə məşğul olan dəstə aşkar edib. İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin aksiz markası olmayan siqaretləri satma, satış məqsədilə saxlama, eyni zamanda Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən siqaretləri realizə etmələri  barədə  əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Day.Az-a verilən məlumata görə, həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları olduqları müəyyən edilib və dərhal əməliyyat təbdirləri həyata keçirilərək  Masallı-Yardımlı yolunun üzərində, Yardımlı rayonunun girişində bu rayonun sakinləri olan 3 nəfər saxlanılıb. Saxlanılanlardan birinin idarə etdiyi avtomobildən 2 adda 78 400 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.