Bakı metrosunda problem yarandı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün səhər saatlarında metronun "Xalqlar dostluğu" stansiyasında turniketlər işləməyib. 

Day.Az publika.az-a istinadən bildirir ki, sərnişinlər keçid üçün kartlarını aparata yaxınlaşdırsalar da, balansdan pul çıxılmayıb. Nəticədə, stansiya növbətçiləri sərnişinləri pulsuz keçiriblər.
 
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a açıqlamasında problemin yalnız "Xalqlar dostluğu" stansiyasında olduğunun dedi:
 
"Stansiyanın birinci vestibülündə turniketlərdə nasazlıq olub. Təxminən 20-25 dəqiqə işləməyib. Daha sonra problem aradan qaldırılıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.