Oğlanın qarnından qardaşı çıxarıldı

Day.Az представляет новость на азербайджанском языке

Malayziyanın Bernama xəbər agentliyinin yazdığına görə, 15 yaşlı oğlan qarnında "ekiz qardaşının dölünü" daşıyırmış.

İndiyədək ekizini özü ilə gəzdirən oğlan ağrılardan şikayətləndikdən sonra xəstəxanaya aparılıb. Oğlanın anası Bernamaya deyib ki, "döl bütöv uşaq kimi bütün orqanlara malik idi".

Tibdə "döl içində döl" kimi tanınan hal Malayziyada ilk dəfədir ki, mediaya çıxır.
Oğlanın 38 yaşlı anası deyib ki, döl üçün bütün dəfn ayinləri icra edilib və o, yerli qəbiristanlıqda torpağa tapşırılıb.
Xəbərlərdə deyilir ki, dölun əl-ayaqları və cinsi orqanı da olub.
Ana deyib ki, dölün yalnız ağzı və burnu hələ formalaşmamışdı.
Yeniyetmə əvvəlcə yerli rayon xəstəxanasına aparılsa da, oradan Keda şəhərindəki Sultan Əbdülhəmid xəstəxanasına köçürülüb və burada dölün çıxarılması əməliyyatı keçirilib.

Döl içində döl nədir?

Paytaxt Kuala Lumpurdakı Pantay xəstəxanasının mamalıq və ginekologiya mütəxəssisi doktor F. RamanBBC müxbirinə deyib ki, belə hallarda ekiz döllardən biri o birinin içində olur və burada yaşamaqda davam edir.
Belə dölə bəzən "parazit döl" də deyilir.
Həkim bildirib ki, döl bəzən digər dölün içində olmur və ona yapışır.
Bəzən isə bir uşağın içində iki dölə də təsadüf edilir. Normal halda bu qadın üçər uşaq doğmalı idi.

Buna səbəb nədir?

Bu tibbi halın dəqiq səbəbi məlum olmasa da, döl inkişafının erkən mərhələsində baş verdiyi düşünülür.
Başqa dölün içərisinə keçmiş döl tam formalaşmasa da, "parazitik" qaydada həmin dölün içində yaşamasını davam etdirir.
Belə hallara hər 500 min doğuşdan birində təsadüf olunur.

Döl içində döl nə müddətdə yaşaya bilər?

Haqqında geniş danışılan hallardan birində Hindistanda 36 yaşlı bir kişinin qarnı o qədər böyüyübmüş ki, o, nəfəs ala bilmirmiş.
Doktor Rahmanın sözlərinə görə, tibb xidmətinin olmadığı ucqarlarda ola bilsin ki, qarnında döllə yaşayan və bundan xəbərsiz olan insanlar var.
Həkim deyir ki, belə insanlar ultrasəs müayinəsindən keçsəydilər, qarınlarındakı döl dərhal aşkar olunardı.

Milli.Az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.