Ödəmə terminallarından oğurluq edən dəstə üzvləri tutuldular

Day.Az представляет новость на азербайджанском языке.

Azərbaycanda ödəmə terminallarından oğurluq edən dəstə üzvləri tutulub.

Milli.Az report-a istinadən bildirir ki, Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tedbirləri nəticəsində mağazalardan ödəmə terminallarını sındıraraq pul oğurlayan dəstənin iki üzvü zərərsizləşdirilib.

Tərtər RPŞ-nin müstəntiqi Nəsimi Hüseynov report-un müxbirinə bildirib ki, rayon sakini Rafiq Ərşad oğlu Vəliyev polis şöbəsinə müraciət edərə ona məxsus, Həydər Əliyev prospektində yerləşən mağazadan naməlum şəxs və ya şəxslər ödəmə terminalından və kassadan, o cümlədən rəflərdən siqaret və sərinləşdirici içkilər oğurlayıblar.

"Bununla da sahibkara 2 874 manat maddi ziyan vurublar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, oğurluq edən şəxslər - 22 yaşlı Elçibəy Zakir oğlu Göygözlü və onun dostu 23 yaşlı Əli Əhliman oğlu Quluzadədir. İstintaq zamanı məlum olub ki, dəstə üzvləri eyni üsulla Abşeron və Bakı şəhərində mağazalarda quraşdırılan terminallardan oğurluq ediblər. Dəstənin digər üzvlərinin tutulması üçün istinyaq tədbirləri həyata keçirilir. İlkin məlumatlara əsasən oğurluqla məşqul olan dəstə digər rayon və şəhərlərdən də bu kimi oğurluq əməllərini həyata keçiriblər və əldə olunan vəsait dəstə üzvləri arasında bölünüb".

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.