Türkiyə təyyarəsi qəfil eniş etdi - Terror şübhəsi

Day.Az представляет новость на азербайджанском языке.

İstanbuldan Londona uçan "Turkish Airlines" kompaniyasına məxsus təyyarə Belqrad şəhərində təcili eniş edib.

Milli.Az-ın məlumatına görə, azvision.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Nikola Tesla hava limanının mətbuat xidməti məlumat verib.

Bildirilib ki, təyyarənin göyərtəsində olan 300 sərnişin və 15 ekipaj üzvü təxliyə edilib.

Laynerdə sahibi məlum olmayan mobil telefonun aşkarlanmasının terror şübhəsi yaratdığı bildirilir. Bundan əlavə qeyd edilib ki, təyyarədə partlayıcı qurğu axtarışı aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.