İki qardaşı döyüb xəstəxanalıq etdilər

Day.Az представляет новость на азербайджанском языке.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına döyülmə ilə bağlı iki nəfər gətirilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Goranboy rayon sakinləri 20 yaşlı Ələmşah Salmanov və onun qardaşı, 17 yaşlı Qədir Salmanovun bədəninin müxtəlif nahiyələrində xəsarətlər aşkarlanıb. Travmatalogiya şöbəsinə yerləşdirilən şəxslərin vəziyyətlərinin orta-ağırdır. Onların Şəmkirin Qapanlı kəndində mübahisə zəminində döyüldükləri deyilir.

Faktla bağlı artıq araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.