Sadə parollar yasaqlandı

Day.Az представляет новость на азербайджанском языке

"Microsoft" şirkəti təhlükəsizlik tədbirlərini gücləndirmək qərarına gəlib, çünki istifadəçilər təhlükəsiz parol yarada bilmirlər.

"LinkedIn" istifadəçilərinin hesabına müdaxilədən sonra "Microsoft" şirkəti çox sadə parolları bloklamaq qərarına gəlib. İndi "Windows 10" əməliyyat sistemi üçün "Azure Active Directory" xidmətinin milyonlarla istifadəçisi "LinkedIn" şəbəkəsinin müdaxilə olunmuş məlumatlarında tez-tez xatırlanan parollardan istifadə edə bilməzlər. Yeni funksiya artıq "Microsoft Account Service" xidmətində və "Azure Active Directory" xidmətinin qeyri-rəsmi versiyasında aktivləşdirilib.

Day.Az ICTnews-a istinadən bildirir ki, ötən həftə "Peace of Mind" ləqəbli haker "LinkedIn" istifadəçilərinin 117 milyon ünvan və paroldan ibarət məlumat bazasını satışa çıxarıb. "LinkedIn" şirkətindəki mənbələrə istinadən "The Register" nəşri yazıb ki, sosial şəbəkə hakerlər tərəfindən müdaxilə olunmuş hesabların parollarını sıfırlayacaq. Həmçinin "LinkedIn" istifadəçiləri ikimərhələli autentifikasiyadan istifadə etməyə çağırır.

"Kore Logic" şirkəti tərəfindən məlumat itkisi nəticəsində zərərçəkmiş istifadəçilərin parollarının təhlilinə əsasən, əksər istifadəçilər hesaba giriş üçün asan tapılan parollardan istifadə edirlər. Məsələn, "123456" parolu milyon dəfədən çox istifadə olunub, "linkedIn" ən geniş yayılmış hərfi parol olub. Tez-tez istifadə edilən parol aşağıdakılardır:

1. 123456
2. linkedin
3. password
4. 123456789
5. 12345678.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.