Ərəb şeyxi pişiklə selfini yasaqladı

Day.Az представляет новость на азербайджанском языке

Səudiyyə Ərəbistanı şeyxi Salah Bin Fauzan əl-Fauzan pişiklə şəkil çəkdirib bunu ictimailəşdirməyin ağlasığmaz hərəkət olduğunu bəyan edib.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, şeyx bildirib ki, bununla Səudiyyə Ərəbistanının sakinləri qərb mədəniyyətinə uyğunlaşmaq istəyirlər.

Onun sözlərinə görə, pişikdən başqa, it, tülkü və digər heyvanlarla da "selfie" çəkdirmək qadağan olunub.

Bundan əlavə, "Pokemon" cizgi filminin motivləri əsasında hazırlanmış stolüstü oyunlar da qadağalar siyahısındadır.

Axundun fikrincə, cizgi filminin qəhrəmanları insanları qumara alışdırır və bu, islam qaydalarına zidd sayılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.