Bakıda polis polkovniki parkda öldü

Day.Az представляет новость на азербайджанском языке

---------
16:00

Bakıda polis polkovniki parkda həyatını itirib.

Day.Az xəbər verir ki, Criminal.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsində İctimai Təhlükəsizlik İdarəsində baş inspektoru, polis polkovnik-leytenantı Ceyhun Həsənov bu gün səhər saatlarında Dədə Qorqud parkında idman edərkən halı pisləşib.

Huşunu itirərək yerə yıxılıan C.Həsənovun başı daşa dəyərək xəsarət alıb.

Yaxınlıqda onunla birlikdə idman edən adamlar köməklik etmələrinə baxmayaraq, o dünyasını dəyişib.

Hadisə yerinə təcili yardım da çağırılıb. Lakin artıq gec olub.

Bakı Şəhər Baş Polis İdarəsindən faktı təsdiqlədilər.

---------
11:17

Bakının mərkəzində istirahət parkında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisindəki "Dədə Qorud" istirahət parkında baş verib.

Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Ceyhun Həsənov parkda istirahət edərkən qəfil halı pisləşib. Ətrafdakılar dərhal əraziyə təcili yardım çağırsalar da, gec olub. Təcili Tibbi Yardım briqadasının əməkdaşları hadisə yerinə çatana qədər C.Həsənov dünyasını dəyişib.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından Trend-ə bildiriblər ki, C.Həsənov ürək turmasından dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.