Paytaxt sakininin avtomobilində silah tapılıb

Day.Az представляет новость на азербайджанском языке

Paytaxt sakininə məxsus avtomobildə silah tapılıb.

Day.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tural Haqverdiyevə məxsus "Volkswagen" markalı avtomobilə baxış zamanı nömrəsi silinmiş "Makarov" tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.