“İctimai yerlərdə davranış qaydalarının təbliği”

Day.Az представляет новость на азербайджанском языке

Gənclərin Maarifləndirilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "İctimai yerlərdə davranış qaydalarının təbliği" adlı layihəsinə start verdi.

Bu barədə Day.Az-a mətbuat xidmətindən bildirilib.

Layihədə 100-dən çox gənc iştirak etdi. Layihənin açılış mərasimində İştirak edən ekspertlər layihə haqqında öz fikirlərini bildirdikdən sonra, layihənin ilk seminarı Etika Akademiyasının rəhbəri, Biznes treyner Günel İbrahimin təqdimatında "İlk beş dəqiqə" adlı seminar oldu. Seminar zamanı təlimçi ictimai yerlərdə düzgün davranış qaydalarından, ictimai yerlərdə yaratdığımız təəssüratlardan, düzgün özünü təqdim etmə qaydalarından danışmışdır.

Xatırladaq ki layihə 3 ay müddətində davam edəcək və İctimai davranışla bağlı ekspertlər tərəfindən müxtəlif mövzulu maarifləndirici seminarlar keçiriləcəkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.