Sumqayıt-Bakı yolundan istifadə edənlərin

Day.Az представляет новость на азербайджанском языке

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi 2016-cı il may ayının 30-dan bağlanacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir hərəkət istiqaməti üzrə, yəni Bakı şəhəri istiqamətində tətbiq olunacaq:

"Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə, yəni Sumqayıt şəhəri istiqamətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək. Sürücülərdən bunu nəzərə almalarını və diqqətli olmalarını xahiş edilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.